"Uşaq vaxtı ağır xəstə olmuşam".
Titul.az xəbər verir ki, bunu Aşıq Əli "BakuTv"-də yayımlanan verlişdən birində açıqlaması zamanı bildirib.
Məşhur sənətçi qeyd edib ki, hətta xəstəliyi elə ağır keçirib ki, həkim onun həyatı ilə vaxt qoyub:
"Həkimlər deyiblər ki, ola bilsin 17 yaşa kimi yaşasın. Bunu mənə deməmişdilər, amma o müxtəlif yaş dönəmi ki, var, artıq ağlım kəsirdi ki, vəziyyət nədir".
Aşıq Əli həmin dönəmlərdə ürək əmliyyatı olunduğunu sözlərinə əlavə edib.
08:54 - 27 Sentyabr 2024