Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistanın əsas qanununa zidd olduğu qənaətinə gələrsə, sülh naminə konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq.
Titul.az xəbər verir ki, Paşinyan bunu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
“Azərbaycanla sülh müqaviləsi imzalanarsa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək və əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, o zaman biz elə bir vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə konstitusiya dəyişiklikləri zəruri olacaq”, - deyə o bildirib.
Növbəti addımın sülh sazişinin imzalanması və tam dövlətlərarası əməkdaşlığın qurulması olacağını deyən, Baş nazir, prosesin mərhələli şəkildə aparılmasını təklif edib:
“Nəzərdə tutulan bütün müddəaları dərhal həll edə biləcək sülh sazişi yoxdur. Düşünürəm ki, sülh sənədinin ratifikasiyasından sonra da, ölkələr yeni sazişlər bağlaya və yeni razılaşmalar əldə edə bilərlər”.
01:49 - 27 Sentyabr 2024