Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilib - FOTO

 Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş mərasim keçirilib - FOTO

Sentyabrın 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mərkəzi aparatında Respublika Hərbi Prokurorluğunun, Bakı Hərbi Prokurorluğunun əməkdaşlarının və prokurorluğun veteranlarının iştirakı ilə milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Titul.az-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mərasim iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Azərbaycan xalqının Ümummilli Liderinin büstü önünə gül dəstələri düzərək nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla anıb, bütün qazilərə şəfa diləyiblər.

18:03 - 26 Sentyabr 2024

Xəbər lenti