Bakıda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
Titul.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 21-ci Polis Bölməsinin keçirdiyi tədbirlərlə bir nəfərin 76500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 57 yaşlı A.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Onun əvvəllər də eyni əmələ görə məhkum olunduğu qeyd edilib.
Faktla bağlı araşdırma aparılır.
13:17 - 26 Sentyabr 2024