Bakıda 10 gün əvvəl əməliyyat olunan azyaşlı ÖLDÜ

 Bakıda 10 gün əvvəl əməliyyat olunan azyaşlı ÖLDÜ

Bir neçə gün əvvəl Bakıda boğazından əməliyyat edilən qız vəfat edib.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sentyabrın 15-i Lənkəranın Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Sevinc Elman qızı Əzimzadə Bakıda yerləşən 2 saylı Uşaq Xəstəxanasında boğaz nahiyəsindən cərrahi əməliyyat olunub. Bir gün sonra isə evə buraxılıb.

Sentyabrın 25-i saat 09 radələrində azyaşlı qanaxma səbəbi ilə rayon Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Lakin az sonra o vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

12:29 - 26 Sentyabr 2024

Xəbər lenti