Azərbaycan “Zəngəzur” adlı PUA istehsal etdi - FOTO

 Azərbaycan “Zəngəzur” adlı PUA istehsal etdi - FOTO

Azərbaycanda “Zəngəzur” pilotsuz uçuş aparatı (PUA) istehsal olunub.

Titul.az xəbər verir ki, PUA ilk dəfə Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

PUA-ın əsas təyinatı VTOL radioekoloji monitorinq üçün nəzərdə tutulub.

Azad olunan ərazilərimiz minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyanın aradan qaldırılmasında PUA-nın istifadəsi vaxta qənaət edir.

PUA təkmilləşdirilərək döyüş zamanı istifadəsi də mümkündür.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

13:57 - 25 Sentyabr 2024

Xəbər lenti