Ermənistanda Göyçə gölü və Zəngəzurla bağlı ŞOK İDDİA

 Ermənistanda Göyçə gölü və Zəngəzurla bağlı ŞOK İDDİA

Göyçə gölü Azərbaycanın istifadəsinə veriləcək, sərhəd gölünü ortasından keçəcək.

Titul.az xəbər verir ki, bu iddia ilə erməni ekspert Armine Adibekyan çıxış edib.

Adibekyan bildirib ki, Göyçə gölünün bir hissəsinin Azərbaycana təhvil veriləcəyi haqda məlumatlar var.

“Azərbaycan-Ermənistan danışıqları davam edir, biz detalları bilmirik, lakin Bakının tələblərindən xəbərdarıq. Bu tələblərdən biri də Zəngəzur dəhlizidir. Ermənistanın bu dəhlizə müdaxiləsi olmayacaq, nə iqtisadi, nə hüquqi, nə də nəzarət baxımından. Ermənistan ərazisindən xarici dəhliz keçəcək və rəsmi İrəvan bu yoldan istifadə edəndə pul ödəyəcək. Dəhlizin cənubundakı ərazilər Ermənistanın yurisdiksiyasından çıxacaq”, - erməni ekspert iddia edir. /Publika.az

11:18 - 25 Sentyabr 2024

Xəbər lenti