“Azərsu”yun rəhbəri VƏFAT ETDİ - FOTO

 “Azərsu”yun rəhbəri VƏFAT ETDİ - FOTO

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov sentyabrın 25-də səhər saatlarında dünyasını dəyişib.

Titul.az xəbər verir ki, bu barədə globalinfo.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, K.Həsənov Türkiyənin İstanbul şəhərində ürəyindəki stendi dəyişdirməyə gedibmiş. Əməliyyatdan bir neçə saat sonra onun vəfat etdiyi deyilir.

Köçərli Həsənovu uzun illər Azərsu ASC-nin sədrinin müavini vəzifəsində çalışıb. O, bu ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində yaradılan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə sədr əvəzi təyin olunub. Bu yaxınlarda isə sədr vəzifəsinə təsdiqlənibmiş.

Allah rəhmət eləsin.

10:05 - 25 Sentyabr 2024

Xəbər lenti