Bu gecə SpaceX Falcon 9 raketi erməni mütəxəssislər tərəfindən hazırlanan ilk erməni peyki olan "Hayasat-1" ilə kosmosa çıxacaq.
Titul.az publika.az-a istinadən xəbər verir ki, uçuş əvvəlcə noyabrın 29-na planlaşdırılsa da, iki gün təxirə salınıb. “Hayasat-1” peyki “Bazoomq” Kosmik Tədqiqatlar Laboratoriyası və Elmi İnnovasiya və Təhsil Mərkəzi tərəfindən yaradılıb. 2023-cü il sentyabrın 7-də peyki hazırlayan "Bazoomq" Kosmik Tədqiqatlar Laboratoriyası ER Yüksək Texnologiyalar Nazirliyindən kosmik fəaliyyətlərin aparılması üçün lisenziya alıb.
“Hayasat-1” ABŞ-ın Vandenberq aerodromundan SpaceX Falcon-9 raketi ilə kosmosa buraxılacaq. “Hayasat-1” əslində kosmosa göndərilən ikinci erməni peykidir, lakin o, Ermənistanda erməni mütəxəssislər tərəfindən layihələndirilib inşa edilən ilk peykdir. Əgər peykin sınağı sərt kosmos şəraitində uğurlu olarsa, gələcəkdə ondan yerli və digər ölkələrin peyklərində istifadə oluna bilər.
23:29 - 1 Dekabr 2023