Məhəmməd Xankişiyevi öldürən şəxsin hadisə yerindən QAÇMA ANI - Görüntüsü yayıldı + VİDEO

 Məhəmməd Xankişiyevi öldürən şəxsin hadisə yerindən QAÇMA ANI - Görüntüsü yayıldı + VİDEO

İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bru adlanan hissəsində Azərbaycan vətəndaşı 35 yaşlı Məhəmməd Xankişiyev evinin yaxınlığında naməlum şəxs tərəfindən açılan atəşlə öldürüldüyü barədə məlumat vermişdik.

Titul.az Məhəmmədin qatili olduğu iddia edilən şəxsin hadisə yerindən qaçma anını əks etdirən görüntünü əldə edib. 

Tanınmamaq üçün qara maska geyinən hündürboylu şəxsin görüntüsünü təqdim edirik:

Qeyd edək ki, hadisənin hansı səbəbdən və hansı zəmində baş verdiyi hələlik məlum deyil. Bölgənin prokuroru İsveç mətbuatına açıqlamasında bildirib ki, qətlin kriminal qruplaşmalar arasındakı münaqişə zəminində baş verdiyi ehtimal edilir. Onun sözlərinə görə, hadisəni törədən şəxs və ya şəxslərin M.Xankişiyevi hansısa kriminal fiqura bənzətməsi və onu səhvən qətlə yetirməsi ehtimalı da böyükdür.

01:04 - 25 Sentyabr 2024

Xəbər lenti