"Qızıl top"un yeni sahibinin ADI BİLİNDİ - KİV

"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior "Qızıl top"un növbəti sahibi olacaq.

Titul.az metbuat.az-a istinadən xəbər verir ki, bu iddia ilə İspaniyanın "Marca" nəşri çıxış edib. Məlumata görə, 28 oktyabrda mükafat Vinisiusa veriləcək.

Qeyd edək ki, braziliyalı futbolçu ötən mövsüm Çempionlar Liqası, İspaniya Superkuboku və İspaniya La Liqası kuboklarına sahib çıxıb.

12:33 - 24 Sentyabr 2024

Xəbər lenti