Xəbər verdiyimiz kimi, müğənni, Vətən müharibəsi qazisi Taleh Məmmədov ağır qəzaya düşərək günlərdir reanimasiyada komada idi.
Titul.az-ın əldə etdiyi məlumata görə, Taleh 5 gün komadan sonra artıq ayılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Talehin öldüyü ilə bağlı feyk məlumatlar yayılmışdı. Bundan sonra onun ailə üzvləri və dostları sözügedən məlumatların həqiqətə uyğun olmadığını və belə yalan məlumatlar yayanlara dezinformasiyanı dayandırmaq barədə xəbərdarlıq etmişdi.
Gənc ifaçının komadan ayıldıqdan sonra ilk görüntüsün təqdim edirik:
Xatırladaq ki, hadisə Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş verib. İfaçı dostunun idarə etdiyi avtomobildə olub. Maşın TIR-la toqquşub. T. Məmmədov dərhal 1 saylı şəhər xəstəxanasına ("Semaşko") yerləşdirilib. .
09:27 - 24 Sentyabr 2024