Abşeron dairəvi dəmiryolu xətti üzrə hərəkət edən qatarlarda gediş haqqı tarifləri dəyişib.
Titul.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yollarının Sərnişin Daşıma departamentinin rəhbəri Azər Fərəcov deyib.
O bildirib ki, 25 sentyabr tarixindən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq ediləcək:
"ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzil başına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq.
Bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib.
16:55 - 23 Sentyabr 2024