Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat katibi Kənan Məstəliyev vəzifəsindən ayrılıb.
Titul.az xəbər verir ki, bu barədə o, özü məlumat verib. K.Məstəliyev qeyd edib ki, bu, birdən-birə, hansısa konkret səbəbdən atılan addım deyil.
“Bunu hələ 3 il əvvəl edəcəkdim, sadəcə Paris Olimpiya Oyunlarının bitməsini gözləmək qərarını verdim. Tsikl, missiya bitməli idi və bitdi də. Taym-aut vaxtıdır. Bu illər ərzində mənə dəstək olan hər kəsə, xüsusilə də jurnalist həmkarlarıma təşəkkürümü bildirirəm. Federasiyamızın rəhbərliyinə mənə ən yaxşı iş şəraiti yaratdığına, həmişə yüksək hörmətlə yanaşdığına görə təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm. Mənə rəhbərdən çox dost, qardaş münasibəti nümayiş etdirdilər”.
K.Məstəliyev qeyd edib ki, ölkənin ağır atletikası etibarlı əllərdədir və bundan sonra yalnız inkişaf və uğura doğru yolu var: “Mənim üçün isə körpücüyü tərk etməyin vaxtıdır”.
15:11 - 23 Sentyabr 2024