Sahibə Qafarova yenidən Milli Məclisin sədri olub.
Titul.az xəbər verir ki, bununla bağlı qərar parlamentin bu gün keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının S.Qafarovanın Milli Məclisin sədrliyi vəzifəsinə namizədliyi irəli sürülmüşdü. S.Qafarova VI çağırış Milli Məclisin sədri olub.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 təşkilatı, 69 ölkəni təmsil edib.
Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfərin siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.
12:24 - 23 Sentyabr 2024