“Azərbaycan və Ermənistan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün mühüm fürsət əldə edib”.
Titul.az APA-ya istinadən xəbər verir ki, bunu bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türkiyə Evində ABŞ-dəki bir sıra analitik mərkəzlərin rəhbərləri ilə görüşü zamanı bildirib.
“Region ölkələri arasında fikir ayrılıqlarının aradan qaldırılması, eləcə də sülh və qonşuluq münasibətlərinin qurulması bizim təməl prinsiplərimizdəndir. Ölkəmiz bütün dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünə, eləcə də beynəlxalq hüquqa hörmətini vacib hesab edir. Bu gün müasir dünyanın sadaladığım prinsiplərə olduqca böyük ehtiyacı var”, - o deyib.
11:16 - 23 Sentyabr 2024