Gəncədə yaşayış binasında partlayış - Xəsarət alan var

 Gəncədə yaşayış binasında partlayış - Xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub, xəsarət alan var.

Titul.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən beşmərtəbəli binada qeydə alınıb.

Mənzildə qaz sızması nəticəsində baş vermiş partlayış nəticəsində 1940-cı il təvəllüdlü Taflina Şamil qızı Orucova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

10:15 - 23 Sentyabr 2024

Xəbər lenti