Metroda qatarda problem yarandı - Sərnişinlər düşürüldü

 Metroda qatarda problem yarandı - Sərnişinlər düşürüldü

"Dərnəgül"-"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Elmlər Akademiyası" stansiyasında olarkən sonuncu vaqonun qapısında nasazlıq ehtimalı olub. Bu səbəbdən də maşinist qapıya baxış keçirib".

Titul.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Qurum rəsmisi əlavə edib ki, tələblərə uyğun olaraq sərnişinlər düşürülüb və qatar elektrik deposuna yola salınıb: "Əvəzində ehtiyat qatar verilib. Bunun nəticəsində xəttə iki qatar arasında intervaldan əlavə olaraq 4 dəqiqə yuvanma qeydə alınıb.

08:25 - 23 Sentyabr 2024

Xəbər lenti