Payız gəldi ...

 Payız gəldi ...

Azərbaycana payız fəsli qədəm qoyub.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından Titul.az-a verilən məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43-də daxil olub. Bu gün payız gecə-gündüz bərabərliyi qeydə alınır.

Günəş ekliptika boyunca hərəkət edərək ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib. Beləliklə, Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayıb.

Payız fəslinin uzunluğu 89 gün, 20 saat, 36 dəqiqə və 54 saniyə olacaq.

16:55 - 22 Sentyabr 2024

Xəbər lenti