Yol polisi maşını saxladı: İçindən arvadı və məşuqu düşdü - VİDEO

 Yol polisi maşını saxladı: İçindən arvadı və məşuqu düşdü - VİDEO

ABŞ-də maraqlı olay yaşanıb.

Titul.az Milli.Az-a istinadla bildirir ki, ABŞ-nin Texas ştatının Hyuston şəhərində yol polisi saxladığı avtomobilin sürücüsünü və sərnişinini gördükdə şok yaşayıb.

Sürət həddi aşan avtomobili saxlayan polis əməkdaşı maşından düşənləri gördükdə hislərini cilovlaya bilməyib. Belə ki, onun saxladığı maşından həyat yoldaşı və onun məşuqu düşüb.

Hyuston polis rəisi olayla bağlı açıqlama verərək söyləyib:

"Polisin yaşadığı çətin vəziyyəti başa düşürük. Ona lazımi psixoloji dəstək göstəriləcək".

15:12 - 20 Sentyabr 2024

Xəbər lenti