Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər BİLİNDİ + FOTO

 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər BİLİNDİ + FOTO

Çempionlar Liqasında Liqa mərhələsinin I turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Titul.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Siyahıda dörd oyunçu yer alıb. Onlardan üçü Almaniya təmsilçilərinin üzvləridir.

Bunlar "Bavariya"dan Harri Keyn, "Bayer 04"dən (Leverkuzen) Florian Virts, "Borussiya"dan (Dortmund) Ceymi Bayno-Qittens və İspaniyanın "Atletiko" klubundan Antuan Qrizmanndır.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

11:32 - 20 Sentyabr 2024

Xəbər lenti