İranda məşhur müğənni yenidən həbs edildi.
Titul.az xəbər verir ki, bu barədə “Didban-e İran” saytı məlumat yayıb.
Bildirilib ki, məşhur iranlı müğənni Tumac Salehi təhlükəsizlik orqanı tərəfindən həbs edilib. Bu barədə müğənniyə aid rəsmi sosial media hesabında da məlumat verilib.
Qeyd edək ki, onun Babol şəhərindəki küçələrin birində silahlı təhlükəsizlik qüvvələri tərəfindən zorla həbs edilərək naməlum yerə aparıldığı bildirilib. Hələlik onun barəsində dəqiq məlumat yoxdur. /news24.az
10:59 - 1 Dekabr 2023