Türkiyənin Konya şəhərində təxminən 4 aydır yoxa çıxan 2 uşaq anasından pis xəbər var.
Titul.az xəbər verir ki, Çiğdem Eskidemirci (35 yaş) adlı qadın öldürülüb, cəsədinin evin bağçasında basdırıldığı məlum olub. Cinayəti törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Hadisənin üstü ərazidəki bütün kameralar izlənildikdən sonra üzə çıxıb. Mərhum 4 əfqan əsilli şəxslə kamerlara düşüb. Şəxsiyyətləri müəyyən edilən şübhəlilər saxlanıldıqdan sonra dindiriliblər. Məlum olub ki, bu şəxslər iki uşaq anasını bıçaqlayaraq öldürdükdən sonra cəsədini kimsəsiz bir evin bağçasında basdırıblar.
Faktla bağlı istintaq prosesi davam etdirilir.
09:50 - 19 Sentyabr 2024