Tolik illər sonra yenidən prodüserliyə BAŞLADI - Görün hansı müğənni ilə çalışacaq + FOTO

 Tolik illər sonra yenidən prodüserliyə BAŞLADI - Görün hansı müğənni ilə çalışacaq + FOTO

Tarix (Tolik) Əliyev illər sonra yenidən prodüser kimi fəaliyyətini bərpa edib.

Titul.az xəbər verir ki, bu barədə məşhur aparıcı, prodüser özü məlumat verib.

Tolik uzun aradan sonra prodüserliyini edəcəyi müğənninin adını da açıqlayıb:

"5 ildən artıqdır ki, heç bir müğənni ilə prodüser olaraq çalışmıram.

Baxmayaraq ki, həm xanım, həm də bəy ifaçılardan çoxsaylı iş təklifi almışam. Amma "Xəzər" telekanalında gündəlik verilişlərə başladığım gündən bu günə qədər bütün gücümü aparıcılığa həsr etdim.

Düşünürəm, burda da uğur qazanmağı bacardım.

Əməkdar artist Elton Hüseynəliyev ilə 7 ildən artıq birgə çalışdıq. Və o, çalışdığım ilk bəy ifaçı idi.

Bu aralar çox düşündüm və Yaşar Yusubda yetəri qədər potensial olduğunu gördüm. Mənim bu qrafikimdə ən uyğun məhz onu gördüm.

Çünki heç kəslə qalmaqalı yox, öz sənəti və öz dünyası var. Yaşar neçə vaxtdır ki, mənə bu təklifi edib.

Çox düşünüb, qərar verdikdən sonra bu açıqlamanı sizə verirəm.

Mənim üçün əsas müğənninin gündə toyu olub, o restorandan bu restorana qaçması deyil. Əsas odur ki, Yaşar bayağı ifaçı deyil. Öz dinləyici auditoriyası var.

Mənimlə də çalışması ona daha da motivasiya verib, uğur gətirəcək.

Allah işimizi avand eləsin".

23:24 - 18 Sentyabr 2024

Xəbər lenti