Erməni klubu satışa çıxarılır - SƏBƏB

 Erməni klubu satışa çıxarılır - SƏBƏB

"Pünik"in sahibi klubu satışa çıxarmaq qərarına gəlib. 

Titul.az Sport24.ru saytına istinadən xəbər verir ki, Artur Soqomonyan Ermənistan Futbol Federasiyası ilə arasında olan konfliktə görə "Pünik"i satır. 

"Təəssüf ki, situsasiya peşəkar etika sərhədlərini aşıb və şəxsi ədavətə çevrilib. Bu isə komandaya, azarkeşlərə, akademiyaya və ən əsası Ermənistan futboluna ciddi zərbə vurur. 2 ildən çoxdur ki, mən və "Pünik" klubu federasiyanın qanunsuzluqlarına, hücumlarına, bacarıqsızlıqlarına qarşı mübarizə aparıram. Son 4 ildə çempionatda 5 klub, 6 əsas investor erməni futbolundan ayrılıb, bu federasiya ilə birgə işləməkdən imtina edib. Təəssüf ki, mən də eyni nəticəyə gəlmişəm, Ermənistan idmanını tərk etmirəm və yatırımlarımı davam etdirəcəm, düşünürəm ki, bu, ölkəmizdə idmanın inkişafı üçün çox vacibdir. Federasiya rəhbərliyi dəyişəndə qayıtmağa hazır olacam". 

Qeyd edək ki, Soqomonyan 2017-ci ildən "Pünik"in sahibidir və komanda 2 dəfə ölkə çempionu olub.

21:44 - 18 Sentyabr 2024

Xəbər lenti