Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib.
1975-ci il təvəllüdlü Zaur Həşimov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, vətəndaşlardan daxil olan şikayətlər əsasında tutulub. Z.Həşimov zərərçəkənlərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunur. Onun əməlləri üzrə toplanan materiallar əsasında Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Titul.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən Z.Həşimovun saxlanılması faktı təsdiq edilib. Əlavə olaraq bildirilib ki, həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib.
1975-ci il təvəllüdlü Zaur Həşimov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, vətəndaşlardan daxil olan şikayətlər əsasında tutulub. Z.Həşimov zərərçəkənlərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunur. Onun əməlləri üzrə toplanan materiallar əsasında Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
DİN-in mətbuat xidmətindən Z.Həşimovun saxlanılması faktı təsdiq edilib. Əlavə olaraq bildirilib ki, həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər./ Viral.az
19:10 - 18 Sentyabr 2024