"Neftçi"də islahatlar BAŞLADI - Bu şəxs rəhbərlikdən göndərildi

“Neftçi” rəhbərliyində ayrılıq baş verib.

Titul.az xəbər verir ki, Yens Andersson idman direktoru vəzifəsini tərk edib.

Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İsveçli funksoner 2023-cü ilin sentyabrından Azərbaycanda işə başlamışdı. Həmin vaxt onunla 2 illik kontrakt imzalanmışdı.

O, bunadək ölkəsində "AİK Solna" (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın "Hayduk" (2013), Danimarkanın "Orxus" (2014-2016) klublarında
və İsveç yığmasında (2022-2023) idman direktoru vəzifəsində çalışıb.

Andersson görəvə gələn vaxt açıqlama verilmişdi ki, klubun yaxın gələcək üçün strateji hədəflərindən biri akademiyada keyfiyyətli və köklü dəyişikliklərin həyata keçirilməsi, gənc istedadların üzə çıxarılması, onların gələcək inkişafı və əsas komandaya düzgün cəlb edilməsi sisteminin təkmilləşdirilməsidir: «Bu strateji hədəflərə, həmçinin səmərəli və uzunmüddətli transfer siyasətini planlaşdırmağa və həyata keçirməyə imkan verən inkişaf etmiş, geniş skautinq sisteminin qurulması da daxildir». / Sportinfo

17:35 - 18 Sentyabr 2024

Xəbər lenti