Qarabağ Universitetində erməni müəllimlər də dərs deyəcək? - Nazir AÇIQLADI

 Qarabağ Universitetində erməni müəllimlər də dərs deyəcək? - Nazir AÇIQLADI

Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində erməniəsilli müəllimlərin dərs deyib-deməyəcəyi haqda sualı cavablandırıb.

Titul.az xəbər verir ki, bu barədə nazir bu gün keçirdiyi brifinqdə danışıb.

O qeyd edib ki, ölkəmiz həmişə bu baxımdan tolerant olub: "Azərbaycan insanların etnik kimliyindən asılı olmayaraq tolerant ölkədir. Azərbaycan təhsilində də bu həmişə olub və indi də var".

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev, Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.

02:16 - 1 Dekabr 2023

Xəbər lenti