Baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Titul.az xəbər verir ki, Azərbaycanda Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabr ayının 8-i və 9-u qeyri-iş günüdür.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən 11-i də qeyri iş günü hesab olunur. Beləliklə, ardıcıl 4 gün - cümə, şənbə, bazar, bazar ertəsi qeyri-iş günü olacaq.
Əli Əsədovun qərarında sonra isə ardıcıl 6 gün - 8, 9, 10, 11, 12 və 13 noyabr tarixlərində iş olmayacaq.
13:47 - 18 Sentyabr 2024