Balakəndə DƏHŞƏT: kişi boğazını kəsib özünü öldürdü

 Balakəndə DƏHŞƏT: kişi boğazını kəsib özünü öldürdü

Balakəndə dəhşətli intihar hadisəsi olub.

Titul.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kortala kəndində baş verib. 63 yaşlı Tahirov Mustafa İbrahim oğlu yaşadığı evin mətbəxində bıçaqla boğazını kəsərək, özünə xəsarət yetirib.

Yaxınları dərhal onu xəstəxanaya aparıblar. Lakin Balakən rayon Mərkəzi Xəstəxanasında görülən tədbirlərə rəğmən Mustafa Tahirovun həyatını xilas etmək mümkün olmayıb.

İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

10:40 - 18 Sentyabr 2024

Xəbər lenti