Azərbaycanlı məşhur aparıcıya VƏZİFƏ VERİLDİ (FOTO)

 Azərbaycanlı məşhur aparıcıya VƏZİFƏ VERİLDİ (FOTO)

Aparıcı Lamiyyə Ələkbərovaya yeni vəzifə verilib.

Titul.az xəbər verir ki, o, MTV-də musiqi departamentinin direktoru təyin olunub. L.Ələkbərova artıq bir neçə gündür ki, sözügedən kanalda vəzifəsini icra etməyə başlayıb.

Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-2006 cı illərdə AzTV-də layihə rəhbəri, aparıcı və rejissor kimi çalışıb. 2006-cı ildən 2017-ci ilə qədər hazırda fəaliyyəti dayandırılan "Lider TV"də baş rejissor, teleaparıcı və direktor müavini vəzifəsini tutub. 2017-2018-ci illərdə İctimai TV-də Musiqi, əyləncə və xüsusi layihələr departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2018-ci ildə "Mədəniyyət" kanalında direktor müavini vəzifəsində çalışır. Sonuncu çalışdığı kanal isə "Kanal S" olub.

02:06 - 1 Dekabr 2023

Xəbər lenti