Türkiyənin Malatya şəhərinin Pütürgə rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
Titul.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerin 9,58 km dərinliyində meydana gəlib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.
09:35 - 18 Sentyabr 2024