Bu il də sentyabrda müharibə olacaq? - Ekspert danışdı

 Bu il də sentyabrda müharibə olacaq? - Ekspert danışdı

Son 4 ildir sentyabr ayında müharibə, xüsusi əməliyyat, antiterror tədbirləri olur. İctimaiyyətdə yenə buna bənzər gözləntilər var. Xüsusilə də Ermənistanın silahlanması, sülh müqaviləsinin imzalamaqdan yayınması bu fikri daha da aktual edir.

Bu dəfə də hər hansı toqquşma, eskalasiya, xüsusi əməliyyat gözlənirmi?

Titul.az xəbər verir ki, globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, sadalanan proseslər sentyabr ayına təsadüf etdiyinə görə, sentyabr həm Ermənistan, həm də Azərbaycan cəmiyyətində müharibə, antiterror əməliyyatları ayı kimi xarakterizə edilir:

“Sahədə müharibəyə səbəb olacaq amillərin olub-olmadığını araşdırmaq lazımdır. Müharibələr adətən casus belli üzərində baş verir. Bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb, atəşkəs rejimi mövcuddur və bu olduqca həssas dövrdür. Yəni həm sülh, həm də müharibə istisna edilməməlidir.

 

 

Son vaxtlar Ermənistanın Azərbaycanda keçiriləcək COP29-u pozmağa hesablanmış təhrikedici addımlar atmasının şahidi oluruq. Fransanın əsas niyyəti Azərbaycanın hər hansı yolla cəzalandırılmasına, təzyiq göstərilməsinə nail olmaqdır. Fransa xarici işlər nazirinin Ermənistana səfərini də bu kontekstdən dəyərləndirmək olar. Ermənistan daxilindəki və ya xarici qüvvələr, Aİ mülki missiyası və s. kimi qruplar vasitəsilə sözügedən niyyətlərini reallaşdırmağa çalışırlar”.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında eskalasiyanın olması istisna edilməməlidir:

“Planda COP29-un baş tutmasının qarşısını almaq dayanır. Ermənistanın şərti sərhəddə atəşkəsi pozmasını xarici mediada guya Azərbaycanın hər hansı gərginlik yaratdığı formasında qələmə verib, informasiya müharibəsinə başlayacaqlar. Yəni Qərb Ermənistanın əli ilə bu gün Cənubi Qafqazda öz maraqlarını reallaşdırmağa çalışır”.

12:30 - 17 Sentyabr 2024

Xəbər lenti