Rusiyada göyərtəsində üç nəfərin olduğu "Robinson" R66 helikopteri itib.
Titul.az xəbər verir ki, təyyarə Amur vilayətində qeydiyyatsız uçuş həyata keçirib.
Rusiya Fövqəladə Hallar Nazirliyi helikopterin fövqəladə hallar üzrə siqnalının işə düşdüyünü bildirib. Federal Hava Nəqliyyatı Agentliyinin Mi-8T helikopteri təyyarənin axtarışı üçün yola düşüb.
İnternetdə "Robinson" R66 helikopterinin qəzaya uğraması ilə bağlı məlumatlar yayılıb. "Mash" teleqram kanalı xəbər verir ki, ilkin məlumata görə, qəza yeri Zolotaya Qora kəndi yaxınlığındakı tayqadadır. Kanal qeyd edir ki, təyyarənin fövqəladə siqnalı yaşayış ərazisindən 35 kilometr aralıda yanıb. Hadisənin sentyabrın 16-da axşam saatlarında baş verdiyi bildirilir.
“Helikopterdə bir pilot və iki sərnişin var idi... İtkin düşənlər regionda allüvial qiymətli metalların çıxarılması üzrə liderlərdən biri olan “Xerqu” MMC-də çalışır”, - deyə məlumatda bildirilir./Publika.az
12:01 - 17 Sentyabr 2024