COP29 zamanı Bakıda qapanmalar olacaq? - Rəsmi AÇIQLAMA

 COP29 zamanı Bakıda qapanmalar olacaq? - Rəsmi AÇIQLAMA

Xəbər verildiyi kimi noyabr ayında Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Tədbirlə bağlı Azərbaycana 40 minə yaxın turistin gəlməsi gözlənilir. Tədbirin keçirildiyi 12 gün müddətində paytaxtın küçə və yollarında sıxlığın yaranmaması üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Artıq həmin ərəfədə təhsilin onlayn formada təşkili ilə bağlı qərar qəbul edilib.

Həmçinin, Nazirlər Kabineti dövlət orqanlarına dövlət qurumlarında iş rejiminin dəyişdirilməsi ilə bağlı tapşırıq verib.

Dövlət orqanlarında işləyənlərin 70 faizinin məsafədən işləməsi nəzərdə tutulub.

Bununla yanaşı son günlər sosial şəbəkələrdə və vətəndaşlar arasında pandemiya tədbirlərinə bənzər qapanma rejiminin tətbiq ediləcəyinə dair məlumatlar yayılır. İddialara görə nəinki dövlət və özəl müəssisələrdə, eləcə də Bakının nəqliyyat, iaşə və digər sosial infrastruktur sahələrində COP29 ərəfəsində iş dayanacaq. 

Maraqlıdır, bu məzmunda məlumatların həqiqət payı nə qədərdir? 

Məlumata görə COP29-la bağlı ölkədə hər hansı qapanma olmayacaq.

İnsanlar öz işlərinə hər zamanki kimi rahat şəkildə davam edəcəklər. Sadəcə olaraq tədbirlə bağlı ölkəyə 40 min qonağın gəlməsi, noyabrın 13 və 14-də isə xarici dövlət başçılarının səfəri zamanı təhlükəsizlik məqsədilə bəzi yollarda məhdudiyyətlərin olacağı labüddür.
 

Məntiqlə təhsil müəssisələrinin məsafədən fəaliyyətinə dair verilən qərar şagird, tələbə və valideynlərin rahatlığı nəzərə alınaraq onların təhlükəsizliyi və tıxaca düşməmələri üçün hesablanmış addımdır. 

Bir sözlə COP 29 ərəfəsində paytaxtın sıxlıqdan əziyyət çəkməməsi, 40 min nəfər qonağı qarşılamaq üçün şəhərin bəzi küçə və yollarında hərəkətin məhdudlaşdırılacağı bildirilsə də, dövlət və özəl müəssisələrdə fəaliyyət eyni qaydada davam etdiriləcək. / Bizim.Media

19:01 - 16 Sentyabr 2024

Xəbər lenti