Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də VII çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.
Titul.az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır.
Bu proses bu gün başa çatıb. Ötən müddət ərzində MSK daxil olan şikayətləri araşdırıb və qərarlar qəbul edib. Bu seçkilərdə ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb. Onlardan 3-ü dairə seçki komissiyaları, 43-ü MSK tərəfindən etibarsız sayılıb. 17 dairə üzrə 35 seçki məntəqəsinin seçki komissiyası buraxılıb.
6 433 184 nəfər seçici siyahılarına daxil edilib, 2 395 510 nəfər səs verib. Parlament seçkilərində seçici fəallığı 37,24% olub.
Beləliklə, MSK-nın yekun protokoluna əsasən seçki dairələri üzrə deputat seçilmiş şəxslər aşağıdakılardır:
1 saylı Şərur-Sədərək Seçki Dairəsi — Əsgərov Ziyafət Abbas oğlu (YAP)
2 saylı Şərur-Kəngərli Seçki Dairəsi — Novruzov Siyavuş Dünyamalı oğlu (YAP)
3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi — Möhbalıyev Səttar Suliddin oğlu (bitərəf)
4 saylı Naxçıvan şəhər Seçki Dairəsi — İbrahimov Eldar Rza oğlu (YAP)
5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi — Həmzəyeva Ülviyyə Tapdıq qızı (YAP)
6 saylı Ordubad-Culfa Seçki Dairəsi — Rəhimzadə Vüqar Gəncəli oğlu (YAP)
7 saylı Səbail Seçki Dairəsi — Arpadarai Nigar Cavid qızı (bitərəf)
8 saylı Binəqədi birinci Seçki Dairəsi — Quliyev Azay Əjdər oğlu (bitərəf)
9 saylı Binəqədi ikinci Seçki Dairəsi — Qafarov Kəmaləddin Nəsrəddin oğlu (YAP)
10 saylı Binəqədi üçüncü Seçki Dairəsi — Musayev Elşad Nəbi oğlu (BAP)
11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsi — Xasayeva Səbinə Səməd qızı (YAP)
12 saylı Xəzər birinci Seçki Dairəsi — Məmmədov Soltan Teymur oğlu (bitərəf)
13 saylı Xəzər ikinci Seçki Dairəsi — Paşayeva Gülşən Məmmədəli qızı (bitərəf)
14 saylı Xəzər-Pirallahı Seçki Dairəsi — Əfəndiyeva Günay Elçin qızı (bitərəf)
15 saylı Yasamal birinci Seçki Dairəsi — Quliyev Ülvi Zahid oğlu (bitərəf)
16 saylı Yasamal ikinci Seçki Dairəsi — Qədirli Erkin Toğrul oğlu (REAL)
17 saylı Yasamal üçüncü Seçki Dairəsi — Qəhrəmanov Göydəniz İbrahim oğlu (bitərəf)
18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsi — Musabəyov Rasim Nəsrəddin oğlu (bitərəf)
19 saylı Nərimanov birinci Seçki Dairəsi — Məmmədov Hikmət Baba oğlu (YAP)
20 saylı Nərimanov ikinci Seçki Dairəsi — Vəliyev Samir Əhməd oğlu (YAP)
21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsi — İbrahimqızı Məlahət İbrahim qızı (YAP)
22 saylı Nəsimi-Yasamal Seçki Dairəsi — Mollazadə Asim Nazim oğlu (DİP)
23 saylı Nəsimi-Səbail Seçki Dairəsi — Səmədzadə Ziyad Əliabbas oğlu (bitərəf)
24 saylı Nizami birinci Seçki Dairəsi — Nurullayeva Könül Oruc qızı (bitərəf)
25 saylı Nizami ikinci Seçki Dairəsi — Əhmədov Əli Cavad oğlu (YAP)
26 saylı Sabunçu birinci Seçki Dairəsi — Mustafa Fazil Qəzənfər oğlu (BQP)
27 saylı Sabunçu ikinci Seçki Dairəsi — Əlizadə Arzuxan Baxşəli oğlu (AMİP)
28 saylı Sabunçu üçüncü Seçki Dairəsi — Quliyev Eldar Allahyar oğlu (bitərəf)
29 saylı Sabunçu dördüncü Seçki Dairəsi — Allahverənov Azər Kərim oğlu (bitərəf)
30 saylı Suraxanı birinci Seçki Dairəsi — Fətəliyeva Sevinc Həbib qızı (YAP)
31 saylı Suraxanı ikinci Seçki Dairəsi — Məmmədov Qaya Məmməd oğlu (bitərəf)
32 saylı Suraxanı üçüncü Seçki Dairəsi — Həsənova Afət Əbil qızı (YAP)
33 saylı Xətai birinci Seçki Dairəsi — Oruc Zahid Məhərrəm oğlu (bitərəf)
34 saylı Xətai ikinci Seçki Dairəsi — Zabelin Mixail Yuryeviç (YAP)
35 saylı Xətai üçüncü Seçki Dairəsi — Vəliyeva Pərvanə Bulud qızı (YAP)
36 saylı Xətai-Suraxanı Seçki Dairəsi — Həsənquliyev Qüdrət Müzəffər oğlu (ƏHD)
37 saylı Qaradağ Seçki Dairəsi — Hüseynov Aydın Nəsir oğlu (YAP)
38 saylı Gəncə birinci Seçki Dairəsi — Həmzəyev Naqif Ələşrəf oğlu (YAP)
39 saylı Gəncə ikinci Seçki Dairəsi — Kərimzadə Pərvin Orxan qızı (YAP)
40 saylı Gəncə üçüncü Seçki Dairəsi — Quliyev Musa İsa oğlu (YAP)
41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsi — Cəfərov Müşfiq Cəfər oğlu (YAP)
42 saylı Sumqayıt birinci Seçki Dairəsi — Hüseynova Hicran Kamran qızı (YAP)
43 saylı Sumqayıt ikinci Seçki Dairəsi — Mirkişili Tahir Famil oğlu (YAP)
44 saylı Sumqayıt üçüncü Seçki Dairəsi — Vəliyeva Mehriban Hidayət qızı (YAP)
45 saylı Sumqayıt dördüncü Seçki Dairəsi — Salmanova Səbinə Qədir qızı (bitərəf)
46 saylı Sumqayıt beşinci Seçki Dairəsi — Akimova Elnarə Şeydulla qızı (YAP)
47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsi — Şükürov Zaur Ramiz oğlu (bitərəf)
48 saylı Abşeron birinci Seçki Dairəsi — Məmmədova Nigar Fikrət qızı (YAP)
49 saylı Abşeron ikinci Seçki Dairəsi — Nəbiyev Rizvan Novruz oğlu (bitərəf)
50 saylı Abşeron üçüncü Seçki Dairəsi — Namazov Ramid Zakir oğlu (YAP)
51 saylı Şirvan Seçki Dairəsi — Əsədov Heydər Xanış oğlu (YAP)
52 saylı Yevlax Seçki Dairəsi — Məmmədov İlham Kazım oğlu (YAP) 69,3 %
53 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi — Hüseynli Əli Məhəmməd oğlu (YAP)
54 saylı Mingəçevir Seçki Dairəsi — Mirzəzadə Aydın Böyükkişi oğlu (YAP)
55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsi — Məmmədli Müşfiq Fazil oğlu (YAP)
56 saylı Şabran-Xaçmaz Seçki Dairəsi — Süleymanlı Mahir Tahir oğlu (YAP)
57 saylı Xaçmaz şəhər Seçki Dairəsi — Vəliyev Ağalar İsrafil oğlu (YAP)
58 saylı Xaçmaz kənd Seçki Dairəsi — Mikayılova Sevil Əlirazi qızı (bitərəf)
59 saylı Quba Seçki Dairəsi — Məhərrəmzadə Əlibala Səttar oğlu (YAP)
60 saylı Quba - Qusar Seçki Dairəsi — Rəfailov Anatoliy Xaimoviç oğlu (bitərəf)
61 saylı Qusar Seçki Dairəsi — Badamov Azər Camal oğlu (YAP)
62 saylı Kürdəmir Seçki Dairəsi — Ağazadə Əminə Həmid qızı (bitərəf)
63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi — Hüseynov Rəfael Baba oğlu (VHP)
64 saylı Salyan Seçki Dairəsi — Qurbanov Sadiq Haqverdi oğlu (YAP)
65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsi — Ağamalı Günay Fəzail qızı (Ana Vətən Partiyası)
66 saylı Saatlı Seçki Dairəsi — Ələkbərov Əziz Yusif oğlu (YAP)
67 saylı Sabirabad Seçki Dairəsi — Əmiraslanov Əhliman Tapdıq oğlu (YAP)
68 saylı Sabirabad-Şirvan Seçki Dairəsi — Cəfərov Kamal Xəqani oğlu (YAP)
69 saylı Biləsuvar Seçki Dairəsi — Məhərrəmov Bəhruz Əbdürrəhman oğlu (bitərəf)
70 saylı Neftçala Seçki Dairəsi — Rüstəmxanlı Tənzilə Yolçu qızı (VHP)
71 saylı Cəlilabad şəhər Seçki Dairəsi — Həsənov Malik Əvəz oğlu (YAP)
72 saylı Cəlilabad kənd Seçki Dairəsi — Nəsirov Elman Xudam oğlu (YAP)
73 saylı Masallı-Cəlilabad Seçki Dairəsi — İbrahimli Fəzail Feyruz oğlu (VHP)
74 saylı Masallı Seçki Dairəsi — Məmmədov Məşhur Şahbaz oğlu (YAP)
75 saylı Yardımlı-Masallı Seçki Dairəsi — Qasımlı Musa Cəfər oğlu (bitərəf)
76 saylı Lənkəran-Masallı Seçki Dairəsi — Paşazadə Cavanşir Himmət oğlu (YAP)
77 saylı Lənkəran şəhər Seçki Dairəsi — İsmayılzadə Fariz Akif oğlu (bitərəf)
78 saylı Lənkəran kənd Seçki Dairəsi — İskəndərov Anar Camal oğlu (YAP)
79 saylı Astara Seçki Dairəsi — Mahmudov Rəşad Məmmədqulu oğlu (YAP)
80 saylı Lerik-Astara Seçki Dairəsi — Qafarov Vasif Vaqif oğlu (bitərəf)
81 saylı İmişli Seçki Dairəsi — Nurullayev Razi Qulaməli oğlu (MCP)
82 saylı İmişli-Saatlı Seçki Dairəsi — Salahlı Səyyad Adil oğlu (YAP)
83 saylı Beyləqan Seçki Dairəsi — İsmayılov Şahin Əmir oğlu (YAP)
84 saylı Füzuli Seçki Dairəsi — Bayramov Vüqar İbad oğlu (bitərəf)
85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsi — Abbasov Aqil Məhəmməd oğlu (bitərəf)
86 saylı Ağcabədi Seçki Dairəsi — Rzayev Tahir Musa oğlu (YAP)
87 saylı Qobustan-Şamaxı-İsmayıllı Seçki Dairəsi — Seyidzadə Şahin Kamil oğlu (bitərəf)
88 saylı Şamaxı Seçki Dairəsi — Cəfərova Tamam Şaməmməd qızı (bitərəf)
89 saylı İsmayıllı Seçki Dairəsi — Aslanov Novruzəli Davud oğlu (bitərəf)
90 saylı Ağsu Seçki Dairəsi — Mirzəbəyli Elçin Əbdülrəhim oğlu (ƏHD)
91 saylı Göyçay Seçki Dairəsi — Hacıyev Sabir Kamil oğlu (bitərəf)
92 saylı Göyçay-Ağdaş Seçki Dairəsi — Əfəndiyev Məzahir Cavid oğlu (bitərəf)
93 saylı Ağdaş Seçki Dairəsi — Alıyev Sahib Eyvaz oğlu (bitərəf)
94 saylı Ucar Seçki Dairəsi — Həsən Ramil Sahib oğlu (YAP)
95 saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsi — Əliyeva Jalə Fazil qızı (bitərəf)
96 saylı Goranboy-Naftalan Seçki Dairəsi — Bədəlov Bədəl Şamil oğlu (YAP)
97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi — Məmmədov Anar İlyas oğlu (YAP)
98 saylı Bərdə-Tərtər Seçki Dairəsi — Fətiyev Xanlar Nuru oğlu (YAP)
99 saylı Bərdə Seçki Dairəsi — Yıldırım Fatma Vidadi qızı (YAP)
100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsi — Bayramov Kamran Fərhad oğlu (YAP)
101 saylı Samux-Şəmkir Seçki Dairəsi — Qurbanlı Mübariz Qəhrəman oğlu (YAP)
102 saylı Şəmkir şəhər Seçki Dairəsi — Qafarova Sahibə Əli qızı (YAP)
103 saylı Şəmkir kənd Seçki Dairəsi — Həsənov Nurlan Urfan oğlu (YAP)
104 saylı Gədəbəy Seçki Dairəsi — Hüseynova Sevinc Əmirəhməd qızı (YAP)
105 saylı Tovuz-Gədəbəy Seçki Dairəsi — Nağıyev Arzu Nəsib oğlu (bitərəf)
106 saylı Tovuz Seçki Dairəsi — Səfərov Nizami Abdulla oğlu (YAP)
107 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi — Ağayeva Ülviyyə Cavanşir qızı
108 saylı Ağstafa Seçki Dairəsi — Əmiraslanov Azər Kamal oğlu (bitərəf)
109 saylı Qazax Seçki Dairəsi — Seyidov Səməd İsmayıl oğlu (YAP)
110 saylı Balakən Seçki Dairəsi — Məhəməliyev Nəsib Məhəməli oğlu (YAP)
111 saylı Zaqatala-Balakən Seçki Dairəsi — Kərimli Azər Şəmşid oğlu (bitərəf)
112 saylı Zaqatala Seçki Dairəsi — Əsgərov Asif Yunis oğlu (YAP)
113 saylı Qax-Şəki Seçki Dairəsi — Məsimli Əli Əhməd oğlu (bitərəf)
114 saylı Şəki şəhər Seçki Dairəsi — İskəndərov Vüqar Yapon oğlu (YAP)
115 saylı Şəki kənd Seçki Dairəsi — Feyziyev Cavanşir Əyyub oğlu
116 saylı Qəbələ Seçki Dairəsi — Musayev Elşən Məmmədhənifə oğlu
117 saylı Oğuz-Qəbələ-Şəki Seçki Dairəsi — Qurbanov Eyvaz Daşdəmir oğlu (YAP)
118 saylı Ağdam-Xocalı Seçki Dairəsi — Məmmədov Elman Camal oğlu (YAP)
119 saylı Ağdam Seçki Dairəsi — Əliyev Bəxtiyar Həmzə oğlu (bitərəf)
120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi — Məmmədov Ceyhun Valeh oğlu (YAP)
121 saylı Laçın Seçki Dairəsi — Muradov Rövşən Şahbaz oğlu (YAP)
122 saylı Xankəndi Seçki Dairəsi — Gəncəliyev Tural Babaşah oğlu (bitərəf)
123 saylı Kəlbəcər Seçki Dairəsi — Qasımlı Mircəlil Xəqani oğlu (bitərəf)
124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsi — Bülbüloğlu Polad Murtuza oğlu (bitərəf)
125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi — İsmayılov İmamverdi İbiş oğlu (YAP)
MSK üzvləri yekun protokolu imzalayıblar.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, MSK protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.
13:48 - 16 Sentyabr 2024