Türkiyəli seysmoloq, professor Naci Görür İstanbulun Silivri rayonu ilə bağlı ciddi xəbərdarlıq edib.
Titul.az baku.ws-ə istinadən xəbər verir ki, o, İstanbul Rumeli Universitetində keçirilən simpoziumda zəlzələlərin reallığı və edilməsi lazım olanlarla bağlı sərt açıqlamalar verib.
Görür çıxışında bildirib ki, İstanbulun Silivri rayonunda 8 bal gücündə zəlzələ gözlənilir:
“Türkiyənin demək olar ki, hər yerində zəlzələlər olacaq. Burada bildiyimiz, öyrəşdiyimiz 3, 5 bal gücündə olan yeraltı təkanları nəzərə almıram. Ona görə də bu ölkədə hər hansı gecə yuxudan oyanıb eşidirsən ki, haradasa böyük zəlzələ olub, minlərlə ev uçub, insanlarımız ölüb. Bu reallıqdır. Həll yolu çox sadədir.
Yeganə çıxış yolu zəlzələyə davamlı yaşayış massivlərinin yaradılması və ölkəmizdəki bütün yaşayış məntəqələrinin zəlzələyə davamlı olmasını təmin etməkdir. Bu qeyri-mümkün görünür, amma mümkündür.
Məsələn, Kaliforniya, Yaponiya, Meksika, hətta Braziliya, Argentina, İtaliya və Çin. Bütün bu yerlərdə, xüsusən də İndoneziya və onun ətraflarında zəlzələyə davamlı şəhərlər yaradılıb. Bu ölkələrdə Türkiyədə, xüsusilə Yaponiyada baş verən zəlzələlərdən daha şiddətli zəlzələlər olsa da, 35 nəfər ya ölür, ya da ölmür”.
N.Görür zəlzələnin şiddəti ilə ölçüsü arasındakı fərqin hələ də çox insana məlum olmamasından da söz açıb:
"Hər zaman zəlzələnin böyüklüyünü şiddəti ilə qarışdırırlar. Zəlzələnin böyüklüyü zəlzələ zamanı ayrılan enerji ilə ifadə edilir. Məsələn, son 7,7 bal gücündə zəlzələ 5 milyon ton trotil yəni partlayıcı maddələrin eyni vaxtda baş verən partlayışına bərabər enerji buraxdı.
16:02 - 30 Noyabr 2023