Qərar qəbul edildi: Bu şəxslər 200 manat alacaq

 Qərar qəbul edildi: Bu şəxslər 200 manat alacaq

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladlarının mükafatlandırılması ilə bağlı qərar qəbul edib.

Titul.az metbuat.az-a istinadən xəbər verir ki, qərara əsasən, həmin tələbələrin hər birinə 200 manat məbləğində mükafat veriləcək.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında ümumilikdə 3228 nəfər abituriyent 600-dən yuxarı bal toplayıb. Onlardan 463 nəfəri həmkarlar ittifaqı üzvü olan təhsil işçilərinin övladlarıdır.

23:38 - 12 Sentyabr 2024

Xəbər lenti