Azərbaycanda məşhur aparıcı EFİRDƏN GETDİ - FOTO

 Azərbaycanda məşhur aparıcı EFİRDƏN GETDİ - FOTO

Aparıcı Pərvanə Tahirqızı çalışdığı “ARB” televiziyasından ayrılıb.

Titul.az Manşet.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkə hesabında məlumat yayıb.

Tahirqızı öz istəyi ilə kanaldan ayrıldığını bildirib:

““ARB” kanalından ötən mövsümün sonunda öz istəyimlə ayrıldığımı bildirmək istəyirəm. Rəhbərliyə və bu illər ərzində məni dəstəkləyən, sevən tamaşaçılarıma təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Pərvanə aparıcı Elgiz Əkbərlə bərabər “Elgizlə izlə” verilişini aparırdı.

17:27 - 12 Sentyabr 2024

Xəbər lenti