Qalmaqallı mahnı Vəfa Şərifovanın ifasında TREND-də 1-ə yüksəldi + VİDEO

 Qalmaqallı mahnı Vəfa Şərifovanın ifasında TREND-də 1-ə yüksəldi + VİDEO

Müğənnilər Vəfa Şərifova ilə Şəbnəm Tovuzlu arasında mahnı üstündə yeni qalmaqalın başladığı barədə məlumat vermişdik.

Titul.az xəbər verir ki, "Cənnət sayılır" adlı sözügedən mahnı artıq Vəfa Şərifovanın ifasında Trend-də birinci yerə yüksəlib.

Qeyd edək ki, müğənni Vəfa Şərifova günlər öncə "Cənnət sayılır" adlı mahnısı ilə bağlı maraqlı məqama aydınlıq gətirib:

"Mahnını aldığım adamla yazışmalarım, pulu ödəməyim, çek, hamısı var. Mən elə şey etmərəm". 

Xatırladaq ki, Şəbnəm və Vəfa uzun müddətdir küsülüdürlər.

Bu da Vəfanın ifasında Trend-də liderliyə yüksəksələn mahnı:

10:56 - 12 Sentyabr 2024

Xəbər lenti