Tolikdən Kərimin döyülməsi xəbərinə SƏRT REAKSİYA: "Vəzifədə olan hansısa ..."

 Tolikdən Kərimin döyülməsi xəbərinə SƏRT REAKSİYA:

Müğənni Kərim Abbasovun ötən toyda döyüldüyü barədə məlumat vermişdik.

Məşhur prodüser, aparıcı Tarix (Tolik) Əliyev müğənninin başına gələn xoşagəlməz hadisə ilə bağlı Titul.az-a açıqlama verib. 

Tolik Kərimi Azərbaycan sənətçiləri arasında toy idarəçiliyinə görə ilk 10-luqda gördüyünü qeyd edib:

"Kərimi illərdir tanıyıram və ən azından son illərdə Kərimin nəyinki Azərbaycanda, hətta Rusiyada yaşayan azərbaycanlıların el şənliyində iştirakını görürəm. Bilirsiniz ki, ən kapriz müştərilər, ən kapriz ev yiyələri Rusiyada yaşayanlar olur, çünki onlar o qədər Vətən həsrətində olurlar ki, gəlib-getsələr də istəyirlər ki, toylarında hər zaman yaxşı müğənnilər olsun. İndi kimin ruzisi nəyə çatırsa, onları dəvət edirlər.

Azərbaycanda bir çox toy aparan müğənnilər var, elə o ilk onluğa Kərimi də salmaq olar. Kərim birincisi, toylarda canlı oxuyur. Bəli, elə mahnılar var ki, onu Kərimin repertuarında eşidiblər, ya da ki, nəyinki Kərimin, biz götürək elə Əməkdar, Xalq artislərini. Onlar gedib öz mahnılarını yarım saatlıq çıxışlarında belə canlı oxumurlar. Bəzən canlı oxuyurlar, amma bütün toylarda saat 7-də başlayıb, 12-də bitən toyda orada bəzən fonoqramlar da olur. Bunu Xalq artistləri də, Əməkdar artistlər də, populyar müğənnilər də edir. 

Amma Kərimin toyda fonoqram oxuduğuna görə ona şiddət edib, ona əl qaldırıb döyənlər cəzasın almalıdırlar. Camaata pul verirsiniz, o demək deyil ki, onlar sizin qulunuzdur. Pul vermisiniz, dəvət etmisiniz, deməli ailənizin xoş günündə Kərimi görmək istəmisiniz. Bu nə deməkdir ki, indi hər pul verən bir müğənnini döysün, ya da nəsə etsin. Və yaxud, o adamın xoşuna gələrdimi ki, onun toyunda kimsə ondan qolu qüvvətli - Kərimin yerində başqa biri olardı, ona əl qaldıranı vurardı, məsəl üçün.  Onda nə olacaqdıı?! Deyiləcəkdi ki, Kərimin yanında cangüdəni var, filankəsi toyda döydü". 

"Mən belə şeyləri qınayıram. Düşünürəm ki, bu cür hallar bütün camiada qınanmalıdır. Çünki bəzən bəziləri o qədər harınlayırlar ki, - bir az pullarına güvənirlər, bir az daydaylarına güvənirlər, ya da vəzifədə olan hansısa bir qohumlarına güvənərək bunu edirlər və ya da sərxoş olduqları halda özlərini idarə edə bilmirlər, nəticədə səhər bunun çox böyük peşmançılığın çəkirlər. Ona görə də bu insanlar mütləqdir ki, cəzasını almalıdırlar. 

Çünki təkcə Kərimdən söhbət getmir. Azərbaycan Respublikasının qanunlarına inanıram. Kərimin məsələsinə çox pis oldum və düşünürəm ki, cəzasın çəkməli olanlar çəkərlər ya da barışıq olar", - deyə Tolik qeyd edib. 

Qeyd edək ki, müğənni Kərim dünən axşam saatlarında toyda döyülüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb. Yayılan məlumata görə, müğənninin döyülməsi hadisəsi Kərim Abbasovun mahnıları fonoqram ifa etdiyi üçün baş verib. Belə ki, bu, məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

 

21:28 - 11 Sentyabr 2024

Xəbər lenti