ADY-ə məxsus sərnişin qatarı QADINI VURDU

 ADY-ə məxsus sərnişin qatarı QADINI VURDU

Bu gün saat 19:18-də Bakı-Sumqayıt sürət sərnişin qatarı Zabrat sahəsində hərəkətdə olarkən bir qadın qəfil qatarın yoluna çıxıb.
 
Titul.az xəbər verir ki, təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.

Stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da,  şəxsin həyatını xilas etmək mümkün olmayıb.

20:20 - 11 Sentyabr 2024

Xəbər lenti