Bakı səmasında axşam saatlarında "gəzən" şəxsin göründüyü barədə xəbər vermişdik.
Titul.az-ın əldə etdiyi məlumata görə, o, dünyaca məşhur atlet və dünya rekordçusu Yaan Ruz imiş.
Əslən estoniyalı olan Ruz, Bakı Alov Qüllələri arasında ən möhtəşəm və çətin sleklayn performanslarından birini gerçəkləşdirib.
Belə ki, o, yerdən 183 metr hündürlükdə toplam 470 metr məsafə qət edib.
23:51 - 10 Sentyabr 2024