Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 3 dairədən daxil olan şikayətlərin araşdırılması üçün müşahidəçilər, namizədləri, səlahiyyətli nümayəndələri və medianı iştirak etməyə dəvət edib.
Titul.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sentyabrın 9-da keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, 22, 31, 78 saylı seçki dairələrindən şikayətlər ciddi araşdırılacaq:
"Əgər hansısa mübahisəli məqam varsa, heç nədən çəkinmədən Mərkəzi Seçki Komissiyası buna aydınlıq gətirib qərar verəcək. Qarşıdakı günlərdə həmin şikayətlərin araşdırma nəticələrini MSK-nın iclasında müzakirəyə çıxaracağıq", - MSK sədri bildirib.
16:36 - 9 Sentyabr 2024