Bakının cənub girişi BAĞLANDI - FOTO

 Bakının cənub girişi BAĞLANDI - FOTO

Qaradağ rayonu, “Lökbatan” dairəsi, mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

DİN-in mətbuat xidmətindən Titul.az-a bildirilib ki, buna səbəb həmin istiqamətdə aparılan təmir işləridir.

Qeyd edək ki, Bakıya cənub istiqamətindən yeganə giriş Lökbatan dairəsindən başlayır. Beləliklə, ölkənin əksər rayon və şəhərlərindən, eləcə də paytaxtın Qaradağ rayonundan şəhərin mərkəz istiqamətinə giriş Kənar Dairəvi yol ilə təşkil edilir.

09:14 - 9 Sentyabr 2024

Xəbər lenti