"Sumqayıt"ın düşərgəsinə yeni legioner qoşulub.
Titul.az xəbər verir ki, bu serbiyalı Marko Pavlovskidir.
Mərkəz yarımmüdafiəçisi "kimyaçılar"a baxışa gəlib.
O, bu gün "Araz Naxçıvan"la baş tutan yoxlama görüşündə də (1:5) iştirak edib.
Və komandasının yeganə qolunu baxımlı zərbə ilə vurub.
Bu ilin fevralından klubsuz qala Markonun son klubu Qazaxıstan "Aksu"su olub.
Serbiya gənclər millisinin sabiq üzvü daha çox legioner həyatı yaşayıb.
O, Qazaxıstandan başqa Portuqaliya nəhəngi "Portu", "Split" (Xorvatiya), "Suduva" (Litva), "Muskron" (Belçika), "Apollon" (Kipr), "Podqoriça" (Monteneqro) və "Dinamo"da (Belarus) top qovub./sportinfo
10:20 - 8 Sentyabr 2024