Azərbaycanlıların avtobusu dərəyə yuvarlandı - Yaralılar var

 Azərbaycanlıların avtobusu dərəyə yuvarlandı - Yaralılar var

Türkiyədə avtobus qəzası olub.

Titul az xəbər verir ki, hadisə Naxçıvan-İğdır yolunun Daşburun kəndindən keçən hissəsində baş verib. İrandan yola düşüb Azərbaycan və Türkiyədən keçərək Gürcüstana gedən avtobus idarəetmədən çıxaraq, bir neçə dəfə aşıb.

Məlumata avtobusda 1-i sürücü olmaqla 3 nəfər olub. Onlardan iki nəfər, 62 yaşlı Ramiz Axverdiyev və 46 yaşlı Süleyman Kərimoğlu deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qalıblar. Xilasedicilərin gördükləri tədbirlər nəticəsində onlar nəqliyyat vasitəsindən çıxarılaraq, xəstəxanaya aparılıblar.

Qəza ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır./Lent.az

20:50 - 4 Sentyabr 2024

Xəbər lenti