Rusiya səfiri İran XİN-ə ÇAĞIRILDI: Tehran Zəngəzur dəhlizinə mane olmağa çalışır

 Rusiya səfiri İran XİN-ə ÇAĞIRILDI: Tehran Zəngəzur dəhlizinə mane olmağa çalışır

İran Qafqazda ölkələrin milli suverenliyi, ərazi bütövlüyü və qarşılıqlı mənafeyə hörmətlə yanaşmanın davamlı sülhün əldə olunması və regional əməkdaşlıqlara şərait yaratdığını bildirir.

Titul.az Trend-ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə idarəsinin baş direktoru Muctaba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla görüşdə deyib.

Görüşdə Qafqazda gedən son proseslər haqda fikir mübadiləsi aparılıb, bölgədə sülh və stabilliyin yaranmasını dəstəkləmək, region ölkələri arasında əməkdaşlığın inkişafına kömək etmək, tanınmış beynəlxalq sərhədlərin dəyişdirilməsinə və regionda geosiyasi dəyişikliyə qarşı çıxmaq və bütün region ölkələrinin qanuni mənafeyi və nigaranlıqlarına diqqətin yetirilməsinin zəruriliyi qeyd olunub.

Görüşdə tərəflər problemlərin həlli üçün region ölkələrinin potensialından istifadənin olunması, sülh və sabitliyin möhkəmlənməsinə köməyin olunması, bütün tərəflərin mənafeyni nəzərə almaqla iqtisadi planların icra olunması, 3+3 mexanizminin növbəti iclası, eləcə də, İran, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin iclası haqda müzakirə aparıblar.

Qeyd edək ki, son zamanlar rəsmi Moskvadan tez-tez Zəngəzur dəhlizinə dəstək mesajları diqqətdən qaçmır. Görünür, Rusiya tərəfinin bu məsələdəki mövqeyinə dair bəyanatları Tehranı narahat edir. İstisna edilmir ki, "sərhədlər" məsələsi deyərkən İran XİN məhz Ermənistan-İran sərhədi boyunca uzanacaq Zəngəzur dəhlizini nəzərdə tutur.

11:00 - 3 Sentyabr 2024

Xəbər lenti