Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

 Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Bu gün Lənkəranın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Titul.az xəbər verir ki, rayonun Digah kəndində daşıyıcı qaz xəttinin su kanalından keçən 34 metrlik hissəsinin dayaqlar üzərinə qaldırılaraq küçənin kənarı ilə yenidən quraşdırılması ilə əlaqədar saat 10:00-dan işlər tamamlanana qədər Lənkəran şəhərinin A.İsmayılov, 28 May, H.Abdullayev, M.S.Ordubadi, T.İsmayılov küçələri və həmçinin Digah və Şiləvar kəndləri də daxil olmaqla ümumilikdə 2 000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

09:53 - 3 Sentyabr 2024

Xəbər lenti