Onlar 7-ci dəfə deputat olur - ADLAR

 Onlar 7-ci dəfə deputat olur - ADLAR

Xəbər verdiyimiz kimi, "Oracle Advisory Group" (ABŞ), STM və "SWG SPA" (İtaliya) agentliklərinin 2024-cü il 1 sentyabrda keçirilən 7-ci çağırış parlament seçkilərində apardıqları ekzit-pollun nəticələri elan edilib.

Titul.az metbuat.az-a istinadən xəbər verir ki, hər üç agentliyin apardığı ekzit-poll nəticələrinin üst-üstə düşməsi səbəbindən, seçkilərin rəsmi yekunlarının da bu nəticələrə uyğun olacağı ehtimal edilir.

Hazırkı nəticələrə əsasən, 7-ci çağırış Milli Məclisə 7-ci dəfə seçilən 3 nəfər müəyyən olunub: Ziyafət Əsgərov, Mixail Zabelin və İmamverdi İsmayılov.

Qeyd edək ki, hələlik rəsmi nəticələr açıqlanmayıb.

00:43 - 2 Sentyabr 2024

Xəbər lenti